Qırmızı.az
Cəbhədə döyüş havası
Ön səngərdə keçirilən tədbirdə Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Ramazan bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə təbrikini çatdırıb.
Döyüşçülər Müdafiə nazirinin təbrikini alqışlarla qarşılayıblar. Taqım komandiri leytenant Ələkbər Ələkbərli çıxış edərək bildirib ki, onlar heç vaxt Müdafiə Nazirliyinin diqqət və qayğısından kənarda qalmırlar. Düşmənin bir neçə metrliyində yerləşən dayaq məntəqəsində xidmət üçün hər bir zəruri şərait yaradılıb. Bütün təminat növləri üzrə təminat yüksək səviyyədədir. Şəxsi heyət qarşıya qoyulmuş əmr, göstəriş, tapşırıq və vəzifələri layiqincə yerinə yetirirlər.
Bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqi isə düşmənlə təmas xəttindəki əsgər və zabitlərin döyüş ruhunu daha da artırıb. Xalqımız əmin ola bilər ki, Vətən torpaqları etibarlı şəkildə qorunur və işğal altındakı torpaqlarımız da xalqımızın və ordumuzun birliyi, gücü ilə tezliklə azad ediləcəkdir.
Müdafiə nazirinin adından ön səngərdəki əsgərlərə bayram
sovqatları təqdim olunub.
Bir neçə gün öncə düşmənin pilotsuz uçuş aparatını məhv etdiyinə
görə qısamüddətli məzuniyyətə göndərilmiş əsgər İlkin Əliquliyevin
yenidən ön səngərə qayıtması bayram münasibətilə keçirilən görüşün
iştirakçılarında xoş təəssüratlar oyadıb.
Polkovnik Elçin Kərimov, “Azərbaycan Bayrağı”ordenli, Qarabağ müharibəsi veteranı Sevindik İsmayılov və digər hərbi qulluqçular çıxış edərək Azərbaycan dövlətinin və xalqının milli təhlükəsizliyinin təminatı, milli-mənəvi dəyərlərimizin qorunması naminə bundan sonra da səylərini artıracaqlarını bildiriblər.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!