Şəmkirdə atı vuran avtomobil yanaraq külə döndü - FOTO
Bizi izləyin

Qırmızı.az

Şəmkirdə atı vuran avtomobil yanaraq külə döndü - FOTO

Şəmkirdə atı vuran avtomobil yanaraq külə dönüb.

Teleqraf.com Kəpəz TV-yə istinadən xəbər verir ki, ötən gün axşam saat 23:00 radələrində Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində yanğınla nəticələnən yol qəza hadisəsi baş verib.

Gəncə sakini 23 yaşlı Alik Murquzov idarə etdiyi Qazel markalı yuk avtomobili ilə Qazax istiqamətində hərəkətdə olarkən yolun hərəkət hissəsində olan çox sayda atlardan birini vurub. Daha sonra avtomobil yolun kənarındakı ağaca çirpilib. Bu zaman nəqliyyat vasitəsi muhərrik hissəsindən yanmağa başlayib.

Hadisə yerinə cəlb olunan Şəmkir yanğin sondurənləri alovun qarşısın alsalarda Qazel tam yararsiz hala düşüb.

Qeyd edək ki, yolun hərəkət hissəsində olan atlardan biri olüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq ve Təhqiqat şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm