Sabah 35 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah 35 dərəcə isti olacaq

Sabah Azərbaycanda 35 dərəcə isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gündüz mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm