Bakı-Quba yolu təmir olunur
Bizi izləyin

Qırmızı.az

Bakı-Quba yolu təmir olunur

Nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə Bakı-Quba-Rusiya magistral yolunun 119-130-cu kilometrliyində, Şabran rayonu ərazisində əsaslı təmir işlərinə başlanılıb.

Publika.az xəbər verir ki, Azəryolservis ASC-dən verilən məlumata görə, yolun bu hissəsində, təxminən 11 kilometrlik yol yük maşınlarının normadan artıq yüklənməsi nəticəsində sıradan çıxıb. Bu səbəbdən də avtomobillərin hərəkətində problemlər yaranıb.

Hazırda ərazidə 8 kilometrik hissə yeni asfalt-beton örtüyü ilə əvəz olunub. Qalan 3 kilometrlik hissədə isə qazma, torpaq işləri görülür.

İşlərin vaxtında bitirilməsi üçün əraziyə lazımi qədər texnika, canlı qüvvə cəlb olunub. Qeyd edək ki, görülən işlər nəticəsində yol 1 metr genişlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm