282 min dollarlıq Ferrarini belə əzdilər - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

282 min dollarlıq Ferrarini belə əzdilər - FOTOLAR

Londonun mərkəzi küçələrindən birində səki kənarında saxlanmış "Ferrari 458 Italia"nın sahibi şokdan hələ də çıxa bilmir.


282 min dollarlıq maşını Kensinqton Skuer küçəsindən keçən yük maşını əzib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, evlərin ən ucuzunun 12 milyon dollar olduğu bu milyarderlər küçəsindəki Ferrari malikanələrdən birinin qarşısında saxlanmışdı.

Yoldan keçən yük maşınının Ferrarinin "böyrünü dağıtdığı" andan az sonra küçəyə çıxan maşın sahibi gözlərinə inana bilmirdi.

Polis baş verən olayı araşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm