Qənirə Paşayeva internat evində uşaqlarla görüşüb
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva internat evində uşaqlarla görüşüb

Millət vəkili Qənirə Paşayeva Ramazan bayramında internat evində uşaqlarla görüşüb və bayramlarını təbrik edib.

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB tərəfindən Saray qəsəbəsində yerləşən 7 saylı əlil uşaqlar üçün internat evində tədbir təşkil edilib.

Uşaqları Ramazan bayramı münasibəti ilə təbrik edən millət vəkili Qənirə Paşayeva Allahdan onlara hər zaman yardımçı olmağı diləyib. 7 nömrəli internat məktəbin direktoru çıxış edərək bu cür görüş və tədbirlərin əhəmiyyətinə toxunub. Uşaqlarla bir arada olmaqdan məmnun olduğunu dilə gətirən Qənirə Paşayeva müsəlman dünyasının müqəddəs bir ayında – on bir ayın sultanı Ramazan ayında uşaqlarla görüşü əhəmiyyətli hesab etdiyini vurğulayıb və onların hər birinə həyatda arzularına çatmalarını diləyib.

Dövlətimizin və ölkəmizin Birinci Xanımı Mehriban Əliyevanın uşaq evlərinə böyük diqqət və qayğısını xüsusi vurğalayan millət vəkili Qənirə Paşayeva əlillərə qayğının dövlətin daim diqqət mərkəzində olduğunu deyib O, əlilliyin qarşısının alınması, onların reabilitasiyası, sosial müdafiələrinin gücləndirilməsi, həyat şəraitlərinin yaxşılaşdırılması, pulsuz müalicə olunmaları, özlərini cəmiyyətin tam hüquqlu üzvü kimi hiss etmələri, müvafiq işlə təmin olunmaları istiqamətində çoxlu sayda dövlət proqramlarının hazırlanaraq həyata keçirildiyini bildirib və bu istiqamətdə işlərin getdikcı sürətləndiyini söyləyib.

Deputat paralimpiyaçılarımızın qazandığı qələbələrdən, dövlətimizin bayrağını yüksək səviyyəyə qaldırmalarından hər kəsin qürur duyduğunu bildirib. Hər bir uşağa Ramazan bayramı münasibəti ilə hədiyyələr verilib vəQənirə Paşayeva onların hər biri ilə ayrıca söhbət edərək qayğıları ilə maraqlanıb, xüsusi istedadlı uşaqların əl işləri ilə tanış olub, ifa etdikləri musiqi nömrələrini dinləyib və onlara uğurlar diləyib. Görüşdə Türk Dünyası Qəzeteçiler Birliyi Güngör Yavuzarslan da iştirak və çıxış edərək uşaqları təbrik edib və qardaş Türkiyənin sizə salam və sevgilərini gətirdim deyib. Tədbir uşaqlar üçün konsert proqramı ilə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm