TQDK hərbi liseylərdə oxumaq istəyənlərə müraciət etdi
Bizi izləyin

Qırmızı.az

TQDK hərbi liseylərdə oxumaq istəyənlərə müraciət etdi

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına və Azərbaycan Respublikasının hərbi liseylərinə qəbul imtahanı iyulun 30-da keçiriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, həmin tədris müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslər "imtahana buraxılış vərəqəsi" iyulun 25-dən TQDK-nın internet saytında yerləşdiriləcək.

Qeyd edək ki, burada imtahanın başlanma vaxtı və yeri, imtahan zalının kodu və digər zəruri məlumatlar əks olunur. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm