Qırmızı.az
112 şəhid ailəsinə birdəfəlik maddi yardım verildi
Bu ilin yanvar-iyun ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ayrı-ayrı ildönümlərlə əlaqədar və sosial-məişət problemlərinin həllinə köməklik məqsədilə ümumilikdə 1064 nəfər əlilliyi olan şəxsi və 112 şəhid ailəsini birdəfəlik maddi yardımla təmin edib.
ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məluamata görə, bu dövrdə 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar 112 nəfər 20 Yanvar şəhidinin ailəsinə, 316 nəfər 20 Yanvar əlilinə, Çernobıl AES-də baş vermiş qəzanın 29-cu ildönümü ilə əlaqədar həmin qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərkən əlil olmuş 486 nəfər şəxsə birdəfəlik maddi yardım ödənilib. Həmçinin, ƏƏSMN-dəki “Əlillərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə köməklik göstərən Komissiya”nın qərarları ilə sosial müdafiəyə daha çox ehtiyacı olan 262 nəfər əlilliyi olan şəxsə sosial-məişət problemlərinin həllinə köməklik məqsədilə birdəfəlik maddi yardımlar verilib.
Eyni zamanda, həmin Komissiyanın qərarları əsasında hesabat dövründə 8 nəfər əlilliyi olan şəxsin respublika daxilində müalicə olunmasına köməklik göstərilməsi üçün müvafiq məbləğdə vəsait ödənilib. Habelə Səhiyyə Nazirliyinin “Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiyası”nın müvafiq rəyi əsasında 12 nəfər əlilliyi olan şəxsin respublikadan kənar müalicəyə göndərilməsi üçün nəqliyyat xərcləri nazirlik tərəfindən ödənilib.
Anar Tağıyev
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO