Müəllimlər İnstitutunun vəzifəli şəxslərinin işi məhkəməyə göndərilib
Bizi izləyin

Qırmızı.az

Müəllimlər İnstitutunun vəzifəli şəxslərinin işi məhkəməyə göndərilib

"Bu il ərzində baş idarə tərəfindən istintaqı başa çatan bir neçə ictimai əhəmiyyət kəsb edən cinayət işi məhkəmələrə göndərilib”.

Publika.az xəbər verir ki, bu barədə 2015-ci ilin yarımilinə həsr olunmuş mətbuat konfransında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarzə İdarəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, həmin işlərdən biri “Sevil” yaşayış massivinin vəzifəli şəxslərinin işidir. O qeyd edib ki, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının rəhbəri İsa Veyisov və onun rəhbərlik etdiyi dəstənin cinayət işi də məhkəməyə göndərilib: “Məhkəmələrə göndərilən cinayət işləri arasında "Aqrolizinq" və bir sıra tikinti şirkətlərinin rəhbər şəxsləri də var”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm