İdarə rəisi banklardakı korrupsiyadan danışdı
Bizi izləyin

Qırmızı.az

İdarə rəisi banklardakı korrupsiyadan danışdı

Bu ilin 6 ayı ərzində bank sektoru üzrə 30 nəfər barəsində 15 cinayət işi məhkəmələrə göndərilib.

Publika.az xəbər verir ki, bu barədə 2015-ci ilin yarımilinə həsr olunmuş mətbuat konfransında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarzə İdarəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, hesabat dövründə Baş İdarə tərəfindən məhkəmələrə göndərilən işlər içərisində birinci yerdə banklarla bağlı işlər durur”.

"Baş İdarə qanunların imkan verdiyi çərçivədə ziyanın ödənilməsində iştirak edir. Hər bir halda kreditin verilməsi fərdidir. Bəzən kimsə deyir ki, kreditin müddəti filan vaxt bitir, ancaq kreditdən səmərəli istifadə məsələsi var. Bizim 3 əməkdaşımız Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində Beynəlxalq Bankla bağlı işdə də iştirak edir. Beynəlxalq Bankla bağlı işdə korrupsiya halı aşkarlanarsa, araşdırılacaq”.

Onun sözlərinə görə, özəl sektor üzrə 11 cinayət işi üzrə 17, tikinti sektoru üzrə 10 cinayət işi üzrə 21, ticarət sahəsi üzrə 11 cinayət işi üzrə 11, kənd təsərrüfatı sahəsi üzrə 3 cinayət işi üzrə 9, təhsil sahəsi üzrə 6 cinayət işi üzrə 13, səhiyyə sahəsi üzrə 6 cinayət işi üzrə 6, bələdiyyələrlə bağlı 3 cinayət işi üzrə 4, yerli icra orqanı ilə bağlı 3 cinayət işi üzrə 3 nəfərin barəsində cinayət işləri məhkəmələrə göndərilib.

K.Əliyev bildirib ki, bu il ərzində korrupsiya hallarının törədilməsi ilə bağlı dövlət əmlakına 17 milyon manat ziyan vurulub. Ziyanın 3 milyon manatı ödənilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm