Orta ixtisas təhsili müəssisələrinə keçirilmiş müsabiqənin nəticələri açıqlandı - CƏDVƏL
Bizi izləyin

Qırmızı.az

Orta ixtisas təhsili müəssisələrinə keçirilmiş müsabiqənin nəticələri açıqlandı - CƏDVƏL

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş müsabiqənin nəticələrini rəsmi internet səhifəsində yerləşdirib.

Publika.az TQDK-nin saytına istinadən xəbər verir ki, müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin "Azercell", "Bakcell" və "Nar Mobile" nömrələrindən mobil telefonla abituriyentin iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənmək olar.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

Təhsil forması

Qəbul planı

Qəbul olunub

Qəbulolma

Azərbaycan bölməsi

Rus
bölməsi

Bölmələr üzrə cəmi

faizi

Dövlət ödənişsiz

3903

3686

108

3794

97.10

Dövlət ödənişli

4525

4093

143

4236

93.50

Özəl

500

501

0

501

100.00

Cəmi

8928

8280

251

8531

95.44

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar 2015-ci il iyulun 23-dən 31-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm