• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ölkədə balans pozulub

Ölkədə balans pozulub

Azərbaycanda yaşı 18-dək olan uşaqlar arasında oğlanların sayı qızların sayından 12,75 faiz çoxdur.

Bu barədə Publika.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, 2015-ci ilin əvvəlinə olan məlumata əsasən, Azərbaycanda 2562,8 min 18 yaşadək uşaq var. Onların 1368,7 min nəfəri kişi, 1194,1 min nəfəri qadındır.

Ölkədə yaşı 18-dək olan uşaqların 1275,6 min nəfəri şəhər yerlərində yaşayır. Onların da 680,2 min nəfəri kişi, 595,4 min nəfəri isə qadındır.

18 yaşadək uşaqların 1287,2 min nəfəri kənd yerlərində yaşayır ki, onların da 688,5 min nəfəri kişi, 598,7 min nəfəri qadındır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR