Milli mətbuatın 140 illik yubileyinə həsr olunan mərasim keçirilib - FOTO
Bizi izləyin

Qırmızı.az

Milli mətbuatın 140 illik yubileyinə həsr olunan mərasim keçirilib - FOTO

İyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinə həsr olunan təntənəli mərasim keçirilib.

Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış media təmsilçilərinin iştirak etdikləri mərasim dövlət himninin səslənməsi ilə başlayıb.

Sonra Azərbaycan milli mətbuatının inkişaf tarixi ilə bağlı film nümayiş olunub.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təltif edilmiş kütləvi informasiya vasitələrinin nümayəndələrinə mükafatlar təqdim olunub. Mükafatları Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm