Tovuzda eramızdan əvvələ aid yaşayış məskəni tapılıb
Bizi izləyin

Qırmızı.az

Tovuzda eramızdan əvvələ aid yaşayış məskəni tapılıb

Tovuzun Əyyublu kəndi ərazisində yerləşən Menteştəpə qədim yaşayış məskənində 8 il öncə başlanılan işlərə yekun vurulub.

AMEA-dan Publika.az-a verilən məlumata görə, aparılan arxeoloji qazıntılar zamanı mindən artıq qədim əşya tapılıb.

AMEA Arxeologiya və Etnoqrafiya Tovuz arxeoloji ekspedisiyasının Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin mütəxəssisləri ilə birgə aparılan tədqiqatların əsas məqsədi Kür çayının orta axarında qədim yaşayış məskənlərini tədqiq etməkdir. Radio-karbon analizlərinin nəticələri abidənin bizim eradan əvvəl VI minilliyə aid olduğunu deməyə əsas verir.

Tədqiq edilən bu abidə Azərbaycanın qədimliyini bir daha dünyaya nümayiş etdirir. Yaşayış məskənində Neolit dövründən başlayaraq erkən tunc dövrünə qədər minillikləri əhatə edən mindən artıq nadir və qədim maddi mədəniyyət nümunələri aşkarlanıb. Arxeoloji materialların arasında qızıl olanı da var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm