Ticarətçilər metropolitenə hücum edib - FOTOLAR, VİDEO ( YENİLƏNDİ)
Bizi izləyin

Qırmızı.az

Ticarətçilər metropolitenə hücum edib - FOTOLAR, VİDEO ( YENİLƏNDİ)

Ticarətçilər Bakı metropoliteninə hücum edib. - izdiham

Xəbər verdiyimiz kimi, təhlükəsizlik tədbirlərinin görülməsi səbəb göstərilərk Bakı Metropoliteni ərazisində ticarət obyektlərinin bağlanması barədə göstəriş verilib.

Bununla bağlı ticarətlə məşğul olan bir qrup vətəndaş Bakı Metropoliteninin Baş İdarəsinin qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.Polislər tərəfindən aksiyanın qarşısı alınıb.

Bakı Metropoliteninin rəhbərliyi etiraz edənlərin bir qismini qəbul edib. Qəbuldan çıxan etirazçıların sözlərinə görə, görüş zamanı qərara alınıb ki, hələlik onların fəaliyyəti üçün bir həftə vaxt verilsin. Bir həftədən sonra etirazçıları yenidən qəbul edəcəklər və danışıqlar davam etdiriləcək.

13.08

Publika.Az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçılarından bir qrupla metropoliten rəhbərliyinin görüşü baş tutub. Aksiyaçılara izah edilib ki, ticarət obyektlərinin sökülməsi əvvəlcədən planlaşdırıbmış və söküntü plana uyğun aparılır. Yaranmış problemlərin həlli, sökülən obyektlərlərin taleyi ilə bağlı məsələlərin yoluna qoyulması üçün əlavə bir həftə vaxt istənilib.

Yaxın vaxtlarda KİV-ə əlavə açıqlama veriləcək.

Gülxar

12.08

Ticarətçilər Bakı metropoliteninə hücum edib.

“Xeberdar.az”ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə hal-hazırda Metronun Elmlər Akademiyası stansiyasına ticarətçilər hücum edib. Onlar öz ticarət obyektlərinin əllərindən alınması ilə bağlı etiraz edirlər.

Gənclik metrosundan Əzizbəyova qədər olan bütün stansiyalarda ticarət obyektlərinin sökülməsi ilə bağlı göstəriş verilib.

Ticarətçilər aylıq 900 manata qədər kirayə haqqını ödədiklərini və yanvar ayından 1500 manat tikinti üçün pul verdiklərini deyiblər. Lakin indi onların ticarət obyektləri əllərindən alınır. Buna etiraz olaraq onlar Elmlər Akademiyası metrosunda toplaşıblar.

Elmlər Akademiyası metrosu hal-hazırda polis nəzarətinə götürülüb.

Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm