TQDK kolleclərə qəbul olmuş abituriyentlərə müraciət etdi
Bizi izləyin

Qırmızı.az

TQDK kolleclərə qəbul olmuş abituriyentlərə müraciət etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) kolleclərə qəbul olmuş abituriyentlərə müraciət edib.

Komissiyadan Publika.az-a verilən məlumata görə, ümumi ( 9-illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar iyulun 23-dən 31-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Tələb olunan sənədlər barədə məlumatı daxil olduğunuz kollecdən əldə edə bilərsiniz. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm