
İyulun 24-də Azərbaycanda 38 dərəcə isti müşahidə
olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar
Bürosundan Publika.az-a verilən məlumata görə,
sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən
yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-25, gündüz 30-35 dərəcə isti
olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz
keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək
çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi
əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.