• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Səhiyyə naziri 500 nəfərin ölümünə səbəb olan xəstəlik barədə əmr imzaladı

Səhiyyə naziri 500 nəfərin ölümünə səbəb olan xəstəlik barədə əmr imzaladı

Respublikada koronovirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə koronovirus xəstəliyi barədə tibb işçilərinin məlumatlandırılması, kəskin respirator xəstəlik halları barədə məlumatın dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi, şübhəli şəxslərdən götürülmüş nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatdırılması, xəstəliyin simptomatik müalicəsi uçun dərman preparatlarının ehtiyatının yaradılması, tibb müəssisələrində dezinfeksiya tədbirlərinin həyata keçirilməsinin gücləndirilsi və s. əks olunub.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən 2012-ci ilin aprel ayından etibarən ilk dəfə Yaxın Şərq ölkələrində respirator sindromlu koronovirus (MERS-CoV) aşkar edilmiş və onun törətdiyi xəstəliyin qeydiyyata alınmasına başlanıb. 2015-ci ilin may ayında xəstəliyin Cənubi Koreyada əhəmiyyətli dərəcədə alovlanması baş verib və hazırda davam etməkdədir.

Ümumən bütün ölkələr üzrə 1,3 mindən artıq insan bu virusa yoluxub və onlardan 500-ə yaxını vəfat edib.

Məlumat üçün qeyd edək ki, ölkədə epidemioloji durum daim ciddi nəzarət altındadır, ölkəmizdə bu virusa yoluxma və ya şübhəli yoluxma halı aşkarlanmayıb.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR