• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Tələbələrə uşaq və gənclərin reabilitasiya metodları öyrədiləcək

Tələbələrə uşaq və gənclərin reabilitasiya metodları öyrədiləcək

Azərbaycan Müəllimlər İnstitutu və Ümidli Gələcək Gənclər təşkilatı arasında əldə edilmiş razılığa əsasən, sözügedən institutun “Sosial iş” ixtisası üzrə təhsil alan III kurs tələbələrinin Ümidli Gələcək təşkilatının uşaq və gənclər üçün nəzərdə tutulmuş sosial və psixoloji xidmət mərkəzlərində tədris istehsalat təcrübəsi təşkil ediləcəkdir.

Təşkilatdan Publika.az-a verilən məlumata görə, sosial və psixoloji reabilitasiya xidmət sahələri üzrə təcrübə keçəcək tələbələr nəzəri biliklərini təcrübədə tətbiq edəcəklər. Habelə, zorakılığın qurbanı olmuş, cinayət və ya hüquq pozuntusu törətmiş, riskli davranışa meyilli olan, çətin sosial şəraitdə yaşayan uşaq və gənclər, onların ailələri ilə sosial iş, sosial vəziyyətin qiymətləndirilməsi, reabilitasiya metodları, sosial və psixoloji durumun diaqnostikası və digər faydalı praktik bacarıqlara yiyələnəcəklər.

Xatırladaq ki, “Ümidli Gələcək” Gənclər Təşkilatı artıq 15 ildən çoxdur ki, Azərbaycanda uşaq və gənclərin inkişafı, qaçqın, məcburi köçkün, əhalinin zəif təbəqələrindən olan insanların sosial, mədəni, təhsil və iqtisadi problemlərinin həllində fəal iştirak edir. Azərbaycan hökuməti tərəfindən həyata keçirilən dövlət proqramları və milli fəaliyyət planlarının icrasına töhfə verir. Təşkilat son illərdə Bakı və regionlarda sosial təhlükəli şəraitdə olan uşaq və gənclər üçün müxtəlif sosial və psixoloji xidmət mərkəzləri təsis etmişdir. Belə ki, uşaq və gənclərə psixoloji və emosional dəstək göstərmək, onların müxtəlif xidmətlərə yönəldilməsini təmin etmək məqsədilə 2010-cu ildə Təhsil Nazirliyi, UNİCEF, Dünyaya Baxış və Uşaqların Xilası təşkilatlarının dəstəyilə “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” yaradılıb.

2007-ci ildə Uşaq Hüquqları üzrə QHT Alyansı ilə əməkdaşlıqda Bakıda “Qanunla ziddiyyətdə olan Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzi” və “Uşaq Hüquqları Klinikası” təsis edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR