• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qarabağın tarixi şəxsiyyətləri haqqında sənədli filmi çəkilib

Qarabağın tarixi şəxsiyyətləri haqqında sənədli filmi çəkilib

Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi (SİMİB) ingilis və rus dillərində “Azərbaycanın işğal olunmuş ərazilərində doğulan görkəmli şəxsiyyətlər” adlı sənədli filmin hazırlanması layihəsini başa çatdırıb.

SİMİB-dən Publika.az-a verilən məlumata görə, layihə çərçivəsində ingilis və rus dillərində “İşğal olunmuş istedadlar diyarı” adlı sənədli film çəkilib.

Film Qarabağın tarixi şəxsiyyətləri haqqındadır. Layihədə işğal altında qalan ərazilərimizin Azərbaycana məxsusluğunun sübutu istiqamətində bu ərazilərdə doğulan yerli azərbaycanlılar arasında formalaşan tarixi şəxsiyyətlərin dünyaya və ölkəmizə verdiyi elmi, mədəni, ictimai-siyasi fəaliyyətləri ilə verdikləri töhfələr haqqında məlumatlar öz əksini tapıb.

Qeyd edək ki, saxtakarlığa alışmış erməni təbliğat maşını sosial şəbəkələrdə rus dilində “Qarabağın erməni şəxsiyyətləri” haqqında film yayıb. Filmdə saxta obrazlarla yanaşı, bəzi türk əsilli tarixi şəxsiyyətlərimiz də erməniləşdirilərək təqdim olunub. Ermənilər bununla heç bir faktlara söykənməyən saxtakarlıqlarla dünya ictimaiyyətini aldatmağa səy göstəriblər.

Xatırladaq ki, ictimai birlik bundan əvvəl 3 dildə "Qarabağ abidələri", "Qarabağ yaddaş" kitablarını, ingilis dilində “Qarabağın Xristian abidələri” və "Qafqazın konservatoriyası" və “Qarabağın mədəniyyət xəzinələri” filmlərini hazırlayıb.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR