33 nəfəri gün vurdu, 24-nü ilan sancdı
Bizi izləyin

Qırmızı.az

33 nəfəri gün vurdu, 24-nü ilan sancdı

Havaların isti keçməsi ilə əlaqədar olaraq may ayından bu günə qədər Bakı Şəhər Təcili Tibbi Yardıma 33 nəfər günvurma ilə bağlı müraciət edib.

Bu barədə Publika.az-a Bakı şəhər Təcili və Tibbi Yardım Stansiyasının müdiri Rauf Nağıyev məlumat verib.

Onun sözlərinə görə, günvurma şikayəti ilə müraciət etmiş şəxslərdən 12-ə orta dərəcəli günvurma diaqnozu qoyulub və hospitalizasiya edilib. Müraciət edənlərin hər birinə lazımi tibbi yardım göstərilib və evlərinə buraxılıb.

“Müraciət edənlər əsasən ortayaşlı insanlardır. Onlar əsasən günün isti saatlarında açıq havada gəzən, çimərliklərdə olanlardır. İş şəraitində günvurma diaqnozu qoyulmayıb. Vətəndaşlara günvurmadan qorunmaq məqsədi ilə günorta vaxtlarında acıq havada çox olmamaq, qoruyucu vasitələrdən istifadə etmək, çoxlu sərin maye qəbul etmək tövsiyə olunur. Hətta yüngül dərəcəli günvurma halları olduqda belə vətəndaşın durumuna nəzarət məqsədilə ərazi poliklinikasına müraciət etməsi məsləhət olunur”.

May ayından etibarən bu günə kimi ilan sancması ilə bağlı təcili yardıma 24 müraciət olub. Onlardan 23-ü xəstəxanaya yerləşdirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm