Qırmızı.az
“İstisu”da acınacaqlı vəziyyət - istirahət mərkəzi bağlandı - FOTOLAR
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bölgələrdəki istirahət mərkəzlərində yoxlamalara başlayıb.
Komitədən Publika.az-a verilən məlumata görə,
Nefçala rayonu, Xıllı şəhərtipli qəsəbəsində yerləşən, iş adamı
Həsənov Camal Saleh oğluna məxsus olan “İstisu” müalicəvi istirahət
mərkəzində keçirilən yoxlamada müəssisədə ciddi nöqsanlar
aşkarlanıb.
Belə ki, əhaliyə iaşə, mehmanxana və yod-bromlu sudan (isti su)
istifadə edilməklə müalicəvi xidmətlər göstərilir. Araşdırma zamanı
məlum olub ki, müalicəvi xidmətlərin göstərilməsi üçün müəssisəyə
Səhiyyə Nazirliyi tərəfindən lisenziya verilməyib.
Müəssisəyə müalicə məqsədi ilə gələn şəxslərə kortəbii şəkildə
xidmət göstərilir. Müəssisədə müalicəvi məqsədlər üçün müraciət
edən şəxslərin müayinə olunması üçün həkimin olmadığına görə,
xəstələr müayinə edilmədən vannalara verilən sudan istifadə edir
ki, bu da onların həyatı və sağlamlıqları üçün təhlükədir.
Müəssisədə müalicəvi isti su adı ilə istifadə edilən suyun kimyəvi
tərkibini təsdiq edən sınaq protokolu və ya hər hansı bir rəy və
vanna qəbul etmə qaydaları barədə hər hansı bir təlimat yoxdur.
Vannalarda verilən suyun temperatur rejiminə nəzarət edilmir.
Müəssisənin iaşə xidmətləri göstərilən sahəsində də bir sıra ciddi
möqsanlar aşkar edilib. Belə ki, müəssisədə istehsal texnoloji
təlimat və reseptura olmadan aparılır, məhsulların istehsalında
istifadə olunan xammalın uyğunluq və gigyenik sertifikatları
yoxdur, məhsulların saxlanılması zamanı mal qonşuluğuna əməl
olunmadan ət, süd məhsulları bir yerdə saxlanılır.
Müəssisədə verilən qazan yeməkləri də əvvəlcədən hazırlanaraq
soyuducuda saxlanılır. İstismar olunan ölçmə vasitələri müqayisəli
dövlət yoxlamasından keçməyib. Məhsulların sınaqlarının aparılması
üçün müəssisədə laboratoriya mövcud deyil və hər hansı bir
akkreditasiya olunmuş laboratoriya ilə müqavilə və məhsulların
sınaqları barədə protokollar yoxlamaya təqdim edilməyib.
Yoxlama nəticəsində müəssisədə xidmətlərin göstərilməsi qadağan
edilib.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...