Qırmızı.az
Əfqanıstanda həlak olan 52 hərbçinin ailəsinə Prezident təqaüdü verilib
Cari ilin 01 iyul tarixinə respublikamızda Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən 52 nəfər hərbi qulluqçunun 56 nəfər ailə üzvünə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ödənilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a daxil olan məlumata görə, qeyd olunan şəxslərə prezident təqaüdünün təyin olunmasına Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli fərmanına əsasən, cari ilin 1 yanvarından başlanılıb.
Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 360 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaya əsasən, müvafiq kateqoriyadan olan şəxslər həmin təqaüdün təyin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinə və ya Xidmətin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət etməlidirlər. Müraciət edərkən təqdim edilməli olan sənədlərin siyahısı ƏƏSMN-nin rəsmi internet saytının (mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümünün “Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün tələb edilən sənədlər” alt-bölümündə yerləşdirilib.
Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinə (valideynlərinə və dul arvadına) təyin olunan Prezident təqaüdünün aylıq məbləği 200 manatdır. Bu təqaüd onlar arasında bərabər bölünməklə ödənilir.
Anar Tağıyev
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil19 Aprel 20:40
Buraxılış imtahanının nəticələri açıqlandı