Qırmızı.az
“Bakı Metropoliteni” “təcili yardım”la təmin edildi
“Bakı Metropoliteni” QSC-nin elektromexanika xidməti texniki təcili yardım maşını ilə təmin edilib. Xüsusi avadanlıqlarla təchiz olunmuş avtomobil xidmətin geniş profilli hər bir təcili işi üçün nəzərdə tutulub.
Publika.az xəbər verir ki, bu sadəcə vəsaitləri və ləvazimatları daşıyan maşın deyil, həm də kiçik laboratoriya-emalatxanadır. Burada hətta kiçik detalları hazırlamaq, xırda çilingər, təmir işlərini yerinə yetirmək mümkündür.
Sürücü ilə birlikdə 5 nəfərlik iki salonu olan maşında lazım
olan bütün vəsait əl altında olur. Şaxtalarda suxaric qurğuları,
ventilyatorlardan tutmuş bütün santexnika şəbəkəsi boyunca
istənilən çağırışa indi işçilər ürəklə və əminliklə gedə
biləcəklər. Çünki hansısa aləti yığıb toplamağa ehtiyac yoxdur.
Arxa salonun bir kənarı boyunca yerləşmiş çəkməcələrdə
irili-xırdalı bütün alətlər və digər ləvazimatlar qoyulub. Müxtəlif
mexaniki, elektrik vasitələr, pnevmatik avadanlıqlar, təmir-tikinti
ləvazimatı, ölçü cihazlarının hər biri öz səliqəsi və ardıcıllığı
ilə bölüşdürülüb.
Salonun tavanındakı telfer cığırı isə əməyi xeyli yüngülləşdirən daşıyıcı köməkçidir. O, bir tonluq yük üçün nəzərdə tutulub və hərəkətin çevikliyini təmin edərək, sürəti artırır, əməyin mühafizəsi və təhlükəsizlik texnikası baxımından işin daha səmərəli olmasını təmin edir.
Perforator, laqunda, qaynaq aparatı və 750 Vt-lıq universal əl dreli şaxtalarda, tunellərdə bəzən operativ görülməli olan ağır işlər zamanı əvəzsiz vasitələrdir. Üstəlik, elektrik enerjisi mənbəyi axtarmağa da ehtiyac yoxdur. Çünki maşında həm 220 V, həm də 380 V-luq cərəyan ehtiyacını ödəyən generator da var.
Daşınan əl çantası, altı əl fənəri, əl çırağı, avtomatik quruducu – bütün bunlar müxtəlif, hətta ən çətin şəraiti də nəzərə alaraq, dəqiq hesablanıb.
Bu, təkcə təcili texniki müdaxilə tələb edən təmir işinə deyil, həmçinin fövqəladə hallar zamanı elektromexaniki qurğularla bağlı məsələlərə metropolitençilərin operativ, çevik və sürətli reaksiyasını təmin edən yenilikdir.
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək