Tofiq Hacıyev Dilçilik İnstitutunun direktorluğundan getdi - QALMAQAL
Bizi izləyin

Qırmızı.az

Tofiq Hacıyev Dilçilik İnstitutunun direktorluğundan getdi - QALMAQAL

Azərbaycanın məşhur dilçisi, türkoloq alim, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev tutduğu vəzifədən istefa verib.

Publika.az-ın AzNews.az-a istinadən məlumatına görə, alimin istefasına səbəb institut daxilində intriqalarin şiddətlənməsi və akademiya rəhbərliyinin onun işlərinə müdaxilələr etməsi olub.

Bildirilir ki, son vaxtlar T.Hacıyevdən tez-tez şikayətlər olurmuş, ona qarşı açıq kampaniya aparılırmış. Bu kampaniyaya başçılığı isə onun müavini, əvvəllər dostluq münasibətində olduğu Məhəbbət Mirzəliyeva edib.

M.Mirzəliyeva T.Hacıyev barəsində AMEA-nın direktoru Akif Əlizadəyə və yuxarı instansiyalara dəfələrlə şikayət ərizəsi göndərib. Şikayətin əsas məğzi isə T.Hacıyevin yaşlı olması və kollektivlə yola getməməsi olub. Akademiya rəhbərliyinın Hacıyevi müdafiə etməməsi, əksinə ona qarşı kampaniyaaparan şəxslərə hamilik etməsi direktoru istefa verməyə məcbur edib.

T.Hacıyevin yerinə artıq təyinat da olub. Həmin posta Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, professor Möhsün Nağısoylu gətirilib. M.Nağısoylu vəzifəsinin icrasına bazar ertəsindən başlayacaq.

Qeyd edək ki, Tofiq Hacıyev Dilçilik İnstitutunda direktor vəzifəsinə 2014-cü ilin aprel ayında təyin edilib. T.Hacıyev bu təyinata əvvəlcə etiraz edib. O, çox yaşlı olduğunu əsas gətirərək, bu vəzifənin yükünü çəkmək istəmədiyini bildirib. Lakin sonradan onu razılaşdıra biliblər. Məlumat üçün bildirək ki, Məhəbbət Mirzəliyeva da elə həmin tarixdə T.Hacıyevin müavini vəzifəsinə təyin edilmişdi.

Onu da bildirək ki, T.Hacıyev həm də Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiridir. O, 20-dən çox əsər və tərcümələrin müəllifidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm