İlham Zəkiyev əsgərlərimizi belə heyrətləndirdi - VİDEO
Bizi izləyin

Qırmızı.az

İlham Zəkiyev əsgərlərimizi belə heyrətləndirdi - VİDEO

İlham Zəkiyev sonuncu dəfə 16 ilə əvvəl əlinə aldığı silahı, gözləri görmədən belə rahatlıqla söküb yığdı.

Kəşfiyyatçı əsgər, iradəsi, gücü və həyat eşqilə bir çoxlarına nümunə ola biləcək paralimpiyaçı. Artıq çoxları söhbətin kimdən getdiyini anladı. Çempion İlham Zəkiyev. İdmançımız uzun illərdən sonra yenidən cəbhə bölgəsində olub. Əsgərlərlə görüşən İlhamın uğur hekayəsi onu yeni tanıyanları heyrətə gətirib. Müdafiə Nazirliyinin xətti ilə təşkil olunan görüşlər isə cəbhənin başqa istiqamətlərində davam edir.

Çempionun hərbçilərlə görüşü Şəmkirdəki hərbi hissədən başlayıb. Burada onu əsgər və zabitlər qarşılayıb. Müdafiə Nazirliyinin rəsmisi Abdulla Qurbani İlham Zəkiyevin həyat yolu haqqında əsgər və zabitlərə məlumat verib. Bir neçə dəfə dünya və paralimpiya çempionu olan İlham Zəkiyev sonuncu dəfə Bakıda təşkil olunan İlk Avropa Oyunlarda qızıl medal qazanıb.

Daha sonra İlham Zəkiyev görüşlərini Murovdağ silsiləsi boyunca xidmət edən əsgərlərlə davam etdirib. Hər bir post və məntəqədə dayanan əsgərlərin xidmətləri ilə maraqlanan çempion, keçmiş kəşfiyyatçı özünü tatami üzərində yox, elə əsl döyüş meydançasında olduğu kimi apardı. İlham sonuncu dəfə 16 ilə əvvəl əlinə aldığı silahı, gözləri görmədən belə rahatlıqla söküb yığdı.

Çempion uzun illər idmanla məşğul olub, 18 yaşında hərbi xidmətə yollanıb. Kəşfiyyatçı kimi qulluq edən Zəkiyev döyüş tapşırığını yerinə yetirərkən gicgahından agır yaralanır və görmə qabiliyyətini itirir. Amma yalnız görmə qabilliyətini. İradəsi, gücü, qələbə əzmi, həyat eşqi isə çempiona hələ çox qələbələr gətirəcək.

(TTV - Region TV)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm