Qırmızı.az
34 nəfəri ilan sancdı - AZƏRBAYCANDA
Bu ay ərzində 12 nəfər ilan, 3-ü əqrəb, 2 nəfər isə qaraqurd sancması ilə bağlı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib.
Bu barədə Publika.az-a şöbə müdiri Azər Maqsudov məlumat verib.
Onun sözlərinə görə, müraciətlər həm paytaxtın kənd, qəsəbələrindən, həm də respublikanın müxtəlif rayonlarından olub: “İlan və əqrəb sancmaları həyət evlərində və kənd təsərrüfatında işləyəndə baş verir. Kənd təsərrüfatı işləri ilə məşğul olanlar ilan və əqrəb sancmalarından qorunmaq üçün təhlükəsizlik qaydalarına əməl etməlidirlər. İşləyərkən ayaqda ayaqqabı olmalıdır, daşlıq yerlərdə təmizləmə işləri aparılmalı, meşədə istirahətə gedənlər də diqqətli olmalıdır”.
A.Maqsudov ilan və əqrəb sancması ilə bağlı ilkin tibbi yardım zamanı yanlış bilinən məqamlardan da danışıb: “Bəzən ilan sancan yeri kəsir, gipsə qoyur, deşirlər, qatıq, sarımsaq sürtürlər ki, bunlar məsləhət görülmür, həm də əks göstəriş hesab edilir. Çünki bunların heç birinin xeyri olmur, üstəlik yaranı infeksiyalaşdıra bilər. Bu da sonradan uzun müddətli müalicəyə ehtiyac yaradır. Həmçinin digər şəxslər tərəfindən zəhərin sorulması da düzgün deyil və həmin insanın da zəhərlənməsinə səbəb ola bilər. Ən yaxşısı hərəkətsiz saxlamaq, ilan sancmış yeri bərk bağlamaq və qısa zamanda həkimə müraciət etməkdir”.
Qeyd edək ki, bu il may ayında 8, iyun ayında 14 ilan sancması ilə bağlı KTM-in Toksikologiya şöbəsinə müraciət edib.
Gülxar
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO