Metronun yeni rəisi danışdı - "Qərarımızı vermişik" - YENİLƏNDİ
Bizi izləyin

Qırmızı.az

Metronun yeni rəisi danışdı - "Qərarımızı vermişik" - YENİLƏNDİ

Martın 11-də “Media forum” saytı metro keçidlərində ticarət köşklərinin yığışdırılacağı haqda məlumatlara və həmin keçidlərdə ticarətlə məşğul olan şəxslərin keçirdiyi aksiyaya münasibət öyrənmək üçün “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynova müraciət edib.

Zaur Hüseynov deyib ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti keçidlərdəki ticarət köşkləri haqda qəti qərar qəbul edib və həmin qərar bir qədər sonra açıqlanacaq.



Zaur Hüseynov “Köşklər yığışdırılacaqmı” sualına belə cavab verib: “Qərarımızı vermişik. Onun açıqlanmasını gözləyin”.

***

13:51

Bakı Metropoliteni QSC-nin sədri Zaur Hüseynov toplantı keçirir.

"AzNews.az" xəbər verir ki, bu barədə məlumatı Metropolitendən bildirilib.

Vurğulanıb ki, hazırda Metropolitenin bütün idarə heyətində təmsil olunan rəhbər şəxslər toplantıda iştirak edir. İclasın təfərrüatları haqda məlumat verilməsə də ticarət obyektlərinin sökülməsi məsələsinin müzakirə olunduğu deyilir.

***

12:45

Bakı Metropolitenin qarşısında keçirilən aksiya zamanı 3 nəfər saxlanılıb.

"Axar.az"ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, saxlanılanlardan birinin adı məlum olub. Bəxtiyar adlı şəxs Yasamal Rayon Polis İdarəsinə aparılıb.

Məlumata görə, Bakı Metropoliteninin yeni rəisi Zaur Həsənovun köməkçisi etirazçılarla görüşərək, onlara mallarını satmaq üçün 1 həftə vaxt verildiyini deyib. O, bildirib ki, yalnız 1 həftədən sonra ticarət obyektlərinin sökülüb-sökülməməsinə qərar veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm