Qənirə Paşayeva Bayburt Üniversitetinin rektoru ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Bayburt Üniversitetinin rektoru ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Bayburt Üniversitetinin rektoru Prof. Dr.Selçuk Coşkun və Universitetdə təhsil alan azərbaycanlı gənclərlə görüşüb.

Millət vəkilini Bayburtda salamlamaqdan məmnunluğunu ifadə edən Prof. Dr.Selçuk Coşkun qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib. Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyən Bayburt Üniversitetinin rektorü Prof. Dr.Selçuk Coşkun Bayburt Universitetinin də Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu bildirib və Bayburt Universitetində təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artmasından məmnuniyyət duyduqlarını qeyd edib.

Millət vəkili Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Bayburt Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu bildirib. Bayburt Universitetində təhsil alan tələbələrin sayının getdikcə artmasının sevindirici hal olduğunu qeyd edən millət vəkili Qənirə Paşayeva onların burada özlərini öz vətənlərində hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib və azərbaycanlı tələbələrin də öz növbəsində Bayburt Universitetində Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını bildirib. Millət vəkili Qənirə Paşayeva rektora Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlat verib və bu istiqamətdə də fikir mübadiləsi aparılıb.

Qənirə Paşayeva Bayburt Universiteti rektorunahəmmüəllifi olduğu Türkiyə türkcəsində “Xocalı Soyqrımı tanıqların dilindən”,”Karabağ hikayeleri” kitablarını hədiyyə edib və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımı gerçəklərinin dünyaya daha geniş şəkildə tanıdılmasında gənclərimizin üzərinə böyük bir missiya düşdüyünü deyərək Bayburta BEKDER-in dəvəti ilə gəldiyini, bu mövzuları özündə əks etdirən konfrans verəcəyini və gənclərin suallarını cavablandıracağını deyərək gənclərimiz bu məsələlərdə daha aktiv olmalıdırlar deyib.

Millət vəkili Bayburt Universitetində ildə ən azı 3-4 dəfə Azərbaycanı, Azərbaycan-Türkiyə münasibətlərinin dünəni,bu günü və gələcək prespektivlərini, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı gəncləri daha geniş bilgiləndirən konfras, tədbir və görüşlərin keçirilməsini təklif edərək bunun vacibliyi və əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb. Bayburt Universiteti rektoru millət vəkili Qənirə Paşayevanın fikirləri il razılaşıb və sizin təkliflərinizi mütləq həyata keçiriləcək və söylədiyiniz mövzular ətrafında universitetdə konfrans, tədbir və görüşlərin sayını artıracağıq deyib.Görüşdə millət vəkili Qənirə Paşayeva Bayburt Universitetinin rektorü Prof. Dr.Selçuk Coşkunu Azərbaycana dəvət edib. Bayburt Universitetinin rektorü Prof. Dr.Selçuk Coşkun dəvəti məmnuniyyətlə qəbul edib və Bayburt Universiteti ilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişafının vacibliyini vurğulayıb.

Millət vəkili Qənirə Paşayeva həmçinin Bayburt Universitetində təhsil alan bir qrup azərbaycanlı və türk gənclərlə də görüşüb və onlarla söhbətlər edib.Görüşdə millət vəkili Qənirə Paşayeva Azərbaycan, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılması, qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizədə gənclərin üzərinə böyük vəzifələr düşdüyünü deyib və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb. Görüş zamanı millət vəkili Qənirə Paşayeva onlara Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və özünün müəllifi olduğu kitabları hədiyyə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm