Qırmızı.az
TQDK qəbul imtahanı ilə bağlı açıqlama yaydı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının
25-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin
məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı
keçirib.
Publika.az TQDK mətbuat xidmətinə istinadən xəbər verir ki,
imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə,
Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və
Xaçmaz şəhərlərində ümumilikdə 56 binada aparılıb.
İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib. İmtahan
prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah
fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi bütün
binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə
olub.
Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib,
abituriyentlərin öz bilik səvyyələrini nümayiş etdirmələri üçün
zəruri şərait yaradılıb. Hal-hazırda TQDK-da müstəqil ekspertlər
tərəfindən imtahanda abituriyentlərə təqdim olunmuş test
tapşırıqlarının ekspertizası aparılır.
Bu gün həmçinin «Space» telekanalında canlı yayımlanan
“Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər
tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və
test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda
istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın
internet saytında və facebook səhifəsində yerləşdiriləcək. İmtahan
vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan
sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik
təsviri TQDK-nın internet saytında yerləşdiriləcək.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil
telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə
biləcəklər.
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...