AZAL-dan noutbuk qadağası ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

AZAL-dan noutbuk qadağası ilə bağlı AÇIQLAMA

AZAL mətbuatda Naxçıvan Muxtar Respublikasına noutbuk buraxılmaması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

AZAL-ın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun olaraq, aviasiya təhlükəsizliyi nəzarətindən keçərkən elektron cihazlar, o cümlədən noutbuk əl yükündən çıxarılmalı və ayrıca olaraq skaner üzərinə qoyulmalıdır.

Həmçinin təhlükəsizlik məqsədilə elektron cihazlar işə salınmalıdır.

Məlumatda bildirilir ki, noutbukların daşınmasına qadağa qoyulmayıb və Azərbaycanın beynəlxalq hava limanlarında təhlükəsizlik nəzarəti milli qanunvericilik aktlarına tam uyğun şəkildə aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm