• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Qarabağ problemi dünya mətbuatında

Qarabağ problemi dünya mətbuatında

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qarabağ probleminin araşdırılması ilə bağlı xarici tədqiqatçılar və tələbələr üçün təqaüd proqramının həyata keçirilməsi” adlı layihəni yekunlaşdırıb.

Layihə 2015-ci ilin aprel-iyul ayları ərzində həyata keçirilib. Layihənin əsas məqsədi Qarabağ problemi ilə bağlı xarici ölkə tədqiqatçıları tərəfindən yazılmış obyektiv elmi əsər əskikliyinin ortadan qaldırılmasına töhfə vermək olub. Çünkü illərdir xaricdə güclü lobbiyə malik olan, bununla yanaşı bəzi güclü xarici dövlətlərin strateji maraqları naminə dəstəklənən erməni tərəfinin öz mövqeyini yalançı faktlarla da olsa dünyaya daha yüksək səviyyədə çatdırmağa çalışdığı müşahidə edilir. Bu məsələdə Avropada, Asiyada, hətta Azərbaycanın da ortaq keçmişə sahib olduğu keçmiş Sovet coğrafiyasında belə ölkəmizin ədalətli mövqeyinin lazımi səviyyədə bilinmədiyi görülür.

Bu məqsədlə, təqaüd verilərək dünyanın müxtəlif regionlarındakı ölkələrdən tədqiqatçılar seçilərək onlara elmi məqalələr yazdırılıb və bu məqalələr xarici ölkə KİV-lərində yayımlanıb. Bu işlər görülərkən iki məqama xüsusi diqqət yetirilib:

birincisi, region və mədəniyyət müxtəlifliyinin təmini;

ikincisi isə, hazırlanmış məqalələrin xarici ölkə mediasında dərci.

Bu çərçivədə əvvəlcə Qərb, Türk dövlətləri, keçmiş Sovet regionu, Uzaq Şərqdən 7 gənc tədqiqatçı seçilərək həmin şəxslərlə mövzular razılaşdırılıb. Bu gənc tədqiqatçılar üçün 2 azərbaycanlı və 1 türkiyəli məsləhətçi (eyni zamanda koordinator) müəyyənləşdirilib. Sonra bu məsləhətçilərin təmin etdiyi materialların da yardımı ilə elmi məqalələr yazdırılıb. Layihə nəticəsində 7 xarici ölkədən olan tədqiqatçı təqaüd proqramında iştirak edərək elmi əsər hazırlayıb və bu əsərlər xarici ölkə (Yaponiya, Hindistan, Monteneqro, Ukrayna, Gürcüstan, Əfqanıstan və Qırğızıstan) KİV-lərində dərc olunub.

İyulun 25-də layihənin nəticələriylə bağlı təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində QAFSAM-ın sədri Araz Aslanlı layihə ilə bağlı geniş məlumat verib, uğurlarla yanaşı layihənin icrası zamanı qarşılaşılan problemlərə də toxunulub. Daha sonra tədbirdə iştirak edən qonaqlar fikirlərini bildirib. Türkiyədəki Qars Qafqaz Universitetinin Professoru Hacali Nəcəfoğlu, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitunun əməkdaşı Nazim Mustafa, Tarix Elmlər Doktoru Mahir Qəribov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin eksperi Fuad Çıraqov, Dünya Türk Gəmclər Birliyinin Sədr Müavini Elşad Abdullayev, ATSAM-ın sədri Hatəm Cabbarlı, Azərbaycan Gənc Diplomatlar Birliyinin Türkiyə nümayəndəsi Söhrab İsmayıl, Mili Düşüncə Mərkəzinin Sədri Taryel Feyzioğlu, jurnalist Elnur Eltürk və digərləri layihənin əhəmiyyətindən danışıblar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR