Qırmızı.az
Yaxın 3 günün hava proqnozu
Azərbaycanda isti hava şəraiti yaxın 3 gün ərzində də müşahidə ediləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, ölkənin bəzi ərazilərində - Mərkəzi Aran rayonları və Naxçıvan Muxtar Respublikasında ardıcıl isti havalar davam edəcək.
Yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti müşahidə ediləcək. İyulun 28-də gündüz saatlarında havanın temperaturu 35-39, iyulun 29-da 35-38 dərəcə isti olacaq. Yaxın günlərdə ölkə ərazisində mülayim şimal küləyi üstünlük təşkil edəcək.
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Havanın temperaturu Aran rayonlarında gündüz 35-40, dağlarda 27-33 dərəcə isti olacaq.
A.Verdiyev bildirib ki, Bakıda və Abşeron yarımadasında gözlənilən temperatur iqlim normasına yaxındır. Ölkə üzrə isə hazırda müşahidə edilən və yaxın günlər üçün gözlənilən temperatur iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Baş hidroloq deyib ki, Bakıda və Abşeron yarımadasında iyulun I ongülüyndə bir qədər isti hava şəraiti müşahidə edilsə də, ümumilikdə iyul ayı ərzində elə güclü istilər olmayıb. İyulun II ongünlüyündə və III ongünlüyün əvvəlində qeyri-sabit hava şəraiti müşahidə edilib. Yalnız iyulun son günlərində yüksək temperatur qeydə alınıb ki, belə hava şəraiti də ötən illərdə müşahidə edilib.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...