• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

AZAL: Aşağı büdcəli reyslərə avqustun 7-dək biletlər satılıb

AZAL: Aşağı büdcəli reyslərə avqustun 7-dək biletlər satılıb

Aviabiletlərin qiymətləri ilə bağlı AZAL-ın məlumat bürolarına çoxsaylı müraciətlər daxil olur. Bu məsələyə böyük marağın olmasını nəzərə alaraq, AZAL aviabiletlərin qiymətləri ilə bağlı yeniliklərə bir daha aydınlıq gətirib.

AZAL-ın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, dövlət başçısının aviabiletlərin qiymətlərinin azaldılması ilə bağlı tapşırığına uyğun olaraq müvafiq araşdırmalar aparılmış və avqustun 1-dən etibarən bütün beynəlxalq istiqamətlər üzrə ekonom-klass tariflərinə 20-30% arasında endirim tətbiq olunmasına qərar verilib.

AZAL-ın əhalinin daha çox istifadə etdiyi marşrutları Bakı-Moskva-Bakı reysi üzrə aviabiletlərin qiyməti 406 avrodan 321 avroya (85 avro və ya 21% ucuz), Bakı-İstanbul-Bakı marşrutu üzrə 277 avrodan 219 avroya (58 avro və ya 21% ucuz), Bakı-Dubay-Bakı reysi üzrə 272 avrodan 216 avroya (56 avro və ya 21% ucuz) endiriləcək.

Aviabiletlərin qiymətlərinin aşağı salınmasından sonra Bakı-Roma-Bakı reysi üzrə biletlərin qiymətində 112 avro (22%), Bakı-Lvov-Bakı üzrə 141 avro (30%), Bakı-Pekin-Bakı marşrutu üzrə 116 avro (23%), Bakı-Nyu-York-Bakı marşrutu üzrə 158 avro (21%) və s. endirim tətbiq olunacaq.

Ən aşağı qiymət sinfi üzrə yerlərin sayı artırılaraq, biznes-klassdan başqa digər bütün yerlərin 30%-dən az deyil və təyyarənin tipindən asılı olaraq, 32-61 arasında dəyişir. Məsələn, Bakıdan Tehrana, Aktauya, Kazana və s. uçan təyyarələrdə ən aşağı qiymət sinfi üzrə yerlərin sayı 32-dirsə, Pekin, London, Sankt-Peterburq, Moskva, Antaliya, Bodrum, İzmir və Dalamanda 48, İstanbul reysində 53, Nyu-York reysində isə 61-dir və s.

Bundan başqa, AZAL daha çox tələbatın olduğu 4 marşrut üzrə aşağı büdcəli sərnişindaşıma xətləri (“lou-kost”) təcrübəsinin tətbiqinə başlanıb. Belə ki, bu ilin avqust ayından etibarən Bakı-Antalya-Bakı reysi üzrə həftədə 3 dəfə, sentyabrdan başlayaraq Bakı-İstanbul-Bakı reysi üzrə hər gün 1 uçuş, oktyabrdan başlayaraq hər gün Bakı-Moskva-Bakı istiqaməti üzrə 2 uçuş, Bakı-Dubay-Bakı reysi üzrə bir uçuş həyata keçiriləcək.

Yeni reyslərin başlama tarixinin müxtəlif olması aviaxətlərə xidmət göstərilməsi üçün xarici hava limanları ilə müqavilələrin imzalanması və uçuş icazələrinin alınması ilə əlaqədardır.

Standart “lou-kost” modelindən fərqli olaraq AZAL-ın “lou-kost” xətlərinin özəl üstünlükləri var. Qeydiyyat zamanı biletlərdə konkret yerlər göstəriləcək və təyyarənin salonunda yer seçimi üçün əlavə ödənişin alınmayacaq. Uçuşlar "Embraer" təyyarələri ilə həyata keçiriləcək.

Bu istiqamətlər üzrə aviabiletlərin qiyməti (bütün rüsumlar daxil olmaqla) sabit olacaq və bir tərəfə 99 avro təşkil edəcək. Bu isə o deməkdir ki, 99 avro ödəyən sərnişin əl yükü ilə birgə nəzərdə tutulan istiqamətlərə uça biləcəkdir. Sərnişinlər hər bir baqaj üçün əvvəllər bəyan edildiyi kimi 50 manat deyil, 25 avro ödəyəcəklər.

AZAL-ın bütün reyslərinə biletləri on-line rejimində (www.azal.az) bronlaşdırmaq və əldə etmək mümkün olacaq. Bu isə, sərnişinlərə hansı istiqamətə hansı növ biletin mövcudluğu və qiymətləri barədə müfəssəl məlumat əldə etmək və aviabilet satışı agentlərinə komissiya haqqı ödəmədən birbaşa və ucuz bilet almaq imkanı yaradır.

Qeyd edək ki, Bakı-Antalya aşağı büdcəli reyslərə biletlərin satışına 24 iyulda başlanılıb və iki gün ərzində 7 avqust reysinə bütün biletlər satılıb.

Bundan başqa, Azərbaycanın bütün hava limanlarında xarici şirkətlər tərəfindən 3-cü ölkələrə (tranzit) uçuşların həyata keçirilməsi üçün imkan yaradılıb.

Daha aydın müqayisə üçün AZAL-ın beynəlxalq uçuşları üzrə aviabiletlərinin yeni qiymətləri barədə ətraflı məlumat aşağıda verilmiş cədvəldə göstərilib.

marşrut

hazırda

sonra

azalma, avro

azalma, %

1

Antalya

436

350

86

20%

2

Bodrum

436

350

86

20%

3

İzmir

436

350

86

20%

4

Dalaman

436

350

86

20%

5

Ankara

366

278

88

24%

6

İstanbul

277

219

58

21%

7

Moskva

406

321

85

21%

8

Dubay

272

216

56

21%

9

Kiyev

352

256

96

27%

10

Roma

509

397

112

22%

11

Tbilisi

183

147

36

20%

12

Aktau

222

172

50

23%

13

Lvov

478

337

141

30%

14

Mineralnıye Vodı

239

185

54

23%

15

Sankt-Peterburq

403

307

96

24%

16

London

464

366

98

21%

17

Milan

500

388

112

22%

18

Berlin

475

371

104

22%

19

Praqa

503

389

114

23%

20

Nyu York

755

597

158

21%

21

Pekin

505

389

116

23%

22

Tel-Əviv

445

343

102

23%

23

Paris

525

413

112

21%

24

Tehran

236

182

54

23%

25

Rostov-na-Donu

319

247

72

23%

26

Barselona

494

382

112

23%

27

Bişkek

390

296

94

24%

28

Novosibirsk

377

285

92

24%

29

Krasnoyarsk

361

275

86

24%

30

Perm

401

305

96

24%

31

Nijni Novqorod

381

287

94

25%

32

Kazan

316

236

80

25%

33

Yekaterinburq

311

249

62

20%

34

Minsk

372

280

92

25%

Ən ucuz tariflər ekonom-klass yerlərin 30%-ə aiddir.

"Azərbaycan Hava Yolları"-nın aşağı büdcəli reysləri

(“lou-kost”)

marşrut, bir istiqamətə

qiymət, avro

bir baqaj üçün əlavə ödəniş, avro

yerlərin ümumi sayı

ekonom-klass yerlərin sayı

1

Antalya

99

25

105

105

2

İstanbul

99

25

105

105

3

Moskva

99

25

105

105

4

Dubay

99

25

105

105

Xəbər lenti

DAHA ÇOX XƏBƏR