AMEA-dan Tofiq Hacıyevin istefasına münasibət
Bizi izləyin

Qırmızı.az

AMEA-dan Tofiq Hacıyevin istefasına münasibət

Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutu keçmiş direktoru Tofiq Hacıyevin qalmaqallı istefasına münasibət bildirib.

AMEA İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Baba Əliyev Publika.az-a açıqlamasında istefa ilə bağlı Tofiq Hacıyevin rəhbərliyə müraciət etdiyini və ərizəsinin qəbul edildiyini deyib.

O, istefanın keçmiş direktor müavini Məhəbbət Mirzəliyeva ilə yaranan problemlə əlaqələndirilməsinə münasibət bildirdi:

“Məhəbbət Mirzəliyeva ilə bağlı məsələ həqiqəti əks etdirmir. Tofiq Hacıyev öz istəyi ilə vəzifəsindən istefa edib. Ümumiyyətlə, direktorun işçi ilə münasibətə görə istefa ərizəsi yazması da real görünmür”.

T.Hacıyevin işlə bağlı problemlərin olduğunu özü dilə gətirməsinə gəldikdə, B.Əliyev bildirib ki, bütün idarə və müəssisələrdə müəyyən problemlərin müşahidə olunduğunu diqqətə çatdırıb:

“İnstitutda işləyən alimlərin bəzisinin elmi tələbləri ödəmədiyini, nizam-intizam qaydalarını pozması ilə bağlı problemlər var idi. Tofiq Hacıyev də bu məsələni dilə gətirmişdi. Lakin bir daha bəyan edirik ki, bu problem direktorun işdən azad edilməsinə əsas vermir. Ərizənin nə üçün yazılmasını onu yazan və qəbul edən şəxs bilir. Mətbuat xidməti olaraq bu məsələ haqqında dəqiq məlumatımız yoxdur”.

B.Əliyev T.Hacıyevin bundan sonra Dilçilik İnstitutunda fəaliyyətini davam etdirəcəyini deyib:

“Tofiq Hacıyev akademikdir və yalnız direktor vəzifəsindən imtina edib. Akademiklərin fəaliyyəti hansı meyarlarla ölçülürsə, o istiqamət üzrə fəaliyyət göstərəcək”.

Qeyd edək ki, akademik Tofiq Hacıyev ötən həftə Dilçilik İnstitutunda direktor vəzifəsindən istefa edib. Onun vəzifəsini müvəqqəti olaraq Dilçilik İnstitutunun direktoru vəzifəsini Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, professor Möhsün Nağısoylu icra edir.Yeni direktor AMEA Rəyasət Heyətinin növbəti iclasında qəbul ediləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm