• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

AMEA-dan istefa verən Tofiq Hacıyev: “Oradakı rejimə görə istefa verdim”

AMEA-dan istefa verən Tofiq Hacıyev: “Oradakı rejimə görə istefa verdim”

“AMEA-nın Dilçilik İnstitutundan istefamın səbəbi konkret şəxslərlə bağlıdır”.

Bunu Publika.az-a açıqlamasında Dilçilik İnstitutunun keçmiş direktoru, akademik Tofiq Hacıyev deyib.

“Lakin həmin şəxslərin adları və digər məsələlər barədə artıq informasiya vermək istəmirəm. Bu, mənə yaraşmaz. Müəyyən səbəblər var, bu barədə ətraflı danışmağı məsləhət bilmirəm. Amma oradakı rejimə görə istefa verdim”,- deyə Tofiq Hacıyev əlavə edib.

T.Hacıyev bundan sonra akademiya ilə əlaqələrini davam etdirib-etdirməyəcəyinə də aydınlıq gətirib.

“Mənim ata ocağım Bakı Dövlət Universitetidir. Akademiyaya dəvət olunanda da universitetlə əlaqələrimi davam etdirəcəyimi şərt kimi qoymuşdum. Universitet mənim yurdumdur, bundan sonra da fəaliyyətimi orada davam etdirəcəm. Akademiya elm ocağıdır, ehtiyac olduğu halda ora ilə münasibətlərimi davam etdirəcəm. Amma orada maaşlı iş görməyəcəm”.

Qeyd edək ki, akademik T.Hacıyev ötən həftə Dilçilik İnstitutundakı direktorluq vəzifəsindən istefa verib. İstefanın institutun keçmiş direktor müavini Məhəbbət Mirzəliyeva ilə əlaqədar olduğu bildirilir.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR