Uşaq şirəsinin içindən şüşə qırıntıları çıxdı
Bizi izləyin

Qırmızı.az

Uşaq şirəsinin içindən şüşə qırıntıları çıxdı

Paytaxt sakini Rəşad Qasımovun azyaşlı uşağına aldığı “Helian” şirəsinin içindən şüşə qırıntıları çıxıb.

Publika.az xəbər verir ki, baş verənlərdən şoka düşən ailə üzvləri ekspertlərlə birlikdə şirəni ölkəmizdə satışını həyata keçirən şirkətə müraciət ediblər. Onlar bildiriblər ki, uzun müddətdir, azyaşlı övladlarına “Helian” şirələrini içirdiblər. Əgər valideynlər diqqətsizlik etsəydi, sonuncu dəfə alınmış şirənin içindən çıxmış şüşə qırıntıları azyaşlının həyatı üçün böyük təhlükə yarada bilərdi. Lakin bununla bağlı əlaqədar qurum tərəfindən ölçü götürülməyib.

Faktla əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyinə, habelə Səhiyyə Nazirliyinə müraciət edilib.

Qeyd edək ki, bu şirələr Türkiyədə istehsal olunur.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm