Qarabağda tədqiqatların ilkin nəticələri açıqlanıb - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Qarabağda tədqiqatların ilkin nəticələri açıqlanıb - FOTOLAR

İsmayılbəy təpə qədim yaşayış yerində aparılmış tədqiqatların ilkin nəticələri açıqlanıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Publika.az-a verilən məlumata görə, institutun Qarabağ arxeoloji ekspedisiyası aparılmış tədqiqatların barədə ilkin yekunlarını açıqlayıb.

Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədovun sözlərinə görə, aparılmış tədqiqatların ilkin mərhələsində Ağdam rayonunun Armudlu kəndi yaxınlığındakı İsmayılbəy təpə qədim yaşayış yerində hündürlüyü 3,40 m, diametri 5,4 m olan yaşayış evindən 4 təsərrüfat küpü, 1 uşaq qəbri və 200 ədəd sapand daşı aşkar edilib. Burada tapılan evlər memarlıq üslubuna görə Qafqaz arxeologiyası üçün unikal səciyyə daşıyır.

Qeyd edək ki, dörd çöl-tədqiqat mövsümündə İsmayılbəy təpə qədim yaşayış yerinin 400 kv. metr ərazisində qazıntı işləri aparılıb. Tədqiqat zamanı tapılmış üzvü qalıqların İsrailin Rexovot şəhərindəki Veysman İnstitutunda radiokarbon analizləri göstərir ki, İsmayılbəy təpə qədim yaşayış məskəninin üst qatları e.ə. 5700-cü il hüdudlarına aiddir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm