Qırmızı.az
Azərbaycanda dəniz taksiləri fəaliyyət göstərəcək
Yaxın vaxtlarda Bakı buxtasında kiçik dəniz taksiləri fəaliyyət göstərəcək.
Teleqraf.com-un məlumatına görə, bunu çərşənbə axşamı Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov Milli Məclisin deputatları ilə görüşdə deyib.
Onun sözlərinə görə, dəniz taksiləri Dövlət Bayrağı Meydanından Əhmədli qəsəbəsindək və əks istiqamətdə xidmət göstərəcəklər. Bundan başqa, o qeyd edib ki, belə taksilər gələcəkdə Bakı buxtasını hazırda abadlıq işləri aparılanı Nargin adası ilə birləşdirəcək. Katerlərin sürəti Nargin adasına 5-8 dəqiqəyə çatmağa imkan verir.
Q.Qurbanov bildirib ki, dəniz taksilərinin dayanacağı bulvardakı paraşüt qülləsinin yaxınlığında yerləşəcək: "Daha əvvəl buxtaya 3 gəzinti kateri, sonra isə 1 kater gətirilmişdi. Katerlər sifarişimiz əsasında Türkiyədə istehsal olunur".
O vurğulayıb ki, Bakı-Lənkəran marşrutu üzrə dəniz taksilərinin fəaliyyəti sərfəli deyil: "Dəniz yolu ilə Lənkərana 6,5 saata çatmaq olar. Bu da həm vaxt, həm də maliyyə baxımından sərfəli deyil".
Q.Qurbanovun sözlərinə görə, dəniz taksiləri 5 istiqamət üzrə fəaliyyət göstərəcək.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO