Temperatur 42 dərəcəyə yüksələcək - PROQNOZ
Bizi izləyin

Qırmızı.az

Temperatur 42 dərəcəyə yüksələcək - PROQNOZ

Sabah Azərbaycanda havanın tepmeraturunun 42 dərəcəyədək yüksələcəyi gözlənilir.

Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, iyulun 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı, mülayim şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu gecə 21-26, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm