Qırmızı.az
Azərbaycanda universitet rektoru qaçdı
Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya
Universitetində külli miqdarda korrupsiya halı
aşkarlanıb.
Publika.az xəbər verir ki, bu barədə ANS PRESS-ə universitetin məzunları şikayət ediblər. Məlumata görə, tələbələr adına saxta təqaüd kartları açan rektor Akif Süleymanov məsələnin üstü açılandan sonra qaçıb.
Korrupsiya ilə bağlı baş verənləri universitetin rektor əvəzi
Rövşən Əliyev də təsdiqləyib.
Texnologiya Universitetinin rektor əvəzi Rövşən Rizvan oğlu
Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, 2015-ci ilin qış
aylarında Maliyyə Nazirliyi universitetin maliyyə hesabatlarını
yoxlamağa başlayıb.
"Hesablama zamanı nazirliyin “təftiş komissiyası" bir çox
nöqsanlar aşkarlayıb. Bu nöqsanlardan ən əsası odur ki,
universitetin rektoru Akif Süleymanov baş mühasiblə əlbir olaraq
"Kapital bank"ın Gəncə filialında ödənişli əsaslarla təhsil alan
tələbələrin adına saxta təqaüd kartları açıblar. Tələbələrin xəbəri
olmadan adlarına açılan bu kartlara hər ay pul köçürülüb. 2012-ci
ildən başlayan proses bu ilin may ayına qədər davam edib”.
Mənimsəmə faktında adı olan Akif Süleymanovun harda olduğunu isə
universitetdə bilən yoxdur. Onun son olaraq Bakıda müalicə aldığı
deyilib. Lakin hələ də tapılmır.
Maliyyə Nazirliyi aşkarlanan bu korrupsiya halı ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib.
Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları faktla bağlı
araşdırmalara başlayıb.
Hazırda adlarına saxta kartlar açılan tələbələr universitetə
çağırılıb və idarə əməkdaşları tərəfindən dindirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam
etdirilir.
Qeyd edək ki, Akif Şamil oğlu Süleymanov 2013-cü ildə Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilib.
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil19 Aprel 20:40
Buraxılış imtahanının nəticələri açıqlandı