Həkimlərdən XƏBƏRDARLIQ: "Açıq havaya çıxmayın"
Bizi izləyin

Qırmızı.az

Həkimlərdən XƏBƏRDARLIQ: "Açıq havaya çıxmayın"

“Son günlər havaların isti keçməsi ilə əlaqədar olaraq günvurma ilə bağlı təcili yardıma gün ərzində bir neçə müraciət olub. Bunlar əsasən çimərlik ərazilərində olanlardır, 1 nəfər isə evdə olarkən müraciət edib”.

Bunu Publika.az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

“Müraciət edənlər əsasən günəş şüalarından qorunmayan şəxslər olub. Onlara ilkin yardım göstərilib, xəstəxanaya aparmağa ehtiyac olmayıb. Ümumiyyətdə, uşaqlar arasında günvurmalar az olur. Müraciətlər əsasən gənc və ortayaşlı insanlar olub. Ona görə də məsləhət görərdik ki, vətəndaşlar səhər saat 11:00-dan 17:00-a qədər günün ən pik isti saatları olduğundan açıq havada olmasınlar. Kölgədə olmaq, gün ərzində çoxlu maye, sərinləşdirici işçilər qəbul etmək lazımdır. Yüngül, təbii materiallardan hazırlanmış paltarlar geyinmək lazımdır. Uzun müddət günəş şüası altında işləməli olanlar baş örtüklərindən istifadə etməlidirlər. Çalışmaq lazımdır ki, həmin saatlar kölgədə, yaxud havası təmiz olan yerlərdə olsunlar. Qida rasionuna gəldikdə, kalorili qidalardan uzaq durub, tərəvəz, bitki tərkibli qidalar qəbul etmək lazımdır”.

R.Nağıyev onu da əlavə edib ki, may ayından bu günə qədər 34 günvurma hadisəsi qeydə alınıb. Onlardan 10-u xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, sabah ölkə ərazisində temperatur 42 dərəcəyə yüksələcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm