Səlim Müslümov 5 rayonun sakinləri ilə görüşdü - FOTO
Bizi izləyin

Qırmızı.az

Səlim Müslümov 5 rayonun sakinləri ilə görüşdü - FOTO

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin Xaçmaz rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a daxil olan məlumata görə, vətəndaşlar əsasən minik avtomobilləri və mənzil, bərpa-müalicə xidməti, reabilitasiya vasitələri, iş yeri ilə təmin olunma, zərərə görə ödəncin verilməsi, əmək hüquqlarının təminatı və s. məsələlərlə əlaqədar müraciət ediblər.

Müraciətlər nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb. Müraciətlərdə əksini tapan məsələlərin bir qismi yerindəcə həll edilib, ayrı-ayrı şəxslərə münasib iş yerlərinə göndərişlər verilib. Səlim Müslümov həmçinin bir sıra imtiyazlı vətəndaşların reabilitasiya vasitələri və bərpa-müalicə xidməti ilə təmin olunmasını tapşırıb:

“Təkcə bu ilin ilk yarısında 3 min 600 nəfər əlilliyi olan şəxsə 16,4 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, 908 ədəd əlil arabası və 216 ədəd eşitmə aparatı verilib. Eyni zamanda, nazirliyin bərpa mərkəzlərində 3 min nəfərdən çox əlilliyi olan şəxsə bərpa-müalicə xidməti göstərilib, əlilliyi olan şəxslərdən və sağlamlıq imkanları məhdud uşaqlardan ibarət 165 nəfər əlilliyi olan şəxs Türkiyəyə bərpa müalicəsinə göndərilib. Yaxın günlərdə daha bir qrup sağlamlıq imkanları məhdud uşaq valideynlərindən birinin müşaiyəti ilə qardaş ölkəyə bərpa müalicəsinə yola salınacaq. Bununla bərabər, nazirliyin müvafiq komissiyasının qərarı ilə əlilliyi olan şəxslərin respublika daxilində və xaricdə müalicəsinə köməklik də göstərilir”.

Nazir bir sıra vətəndaşların müraciətlərinə uyğun olaraq onların minik avtomobilinə tibbi göstərişin olub-olmamasının müəyyənləşdirilməsi üçün onların müvafiq müayinəyə cəlb olunmasını tapşırıb. Qəbul zamanı ünvanlı dövlət sosial yardımı və əlillik təyinatı ilə bağlı müraciətlər azlıq təşkil edib.

Həmin müraciətlərin diqqətlə araşdırılaraq cavablandırılması, habelə əlillik təyin olunması üçün müraciət edən şəxslərin tibbi-sosial ekspertiza müayinələrinə cəlb olunaraq müvafiq qərarlar qəbil edilməsi tapşırılıb. Səlim Müslümov bildirib ki, son illərdə tibbi-sosial ekspertiza xidmətində şəffaflığın təminatına nəzarətin gücləndirilməsi nəticəsində əlillik və reabilitasiya məsələləri ilə bağlı nazirliyə müraciətlər getdikcə azalır: “Təkcə cari ilin ilk yarımilində bu azalma 18,9 faiz təşkil edib və həmin müraciətlərin də 50 faizi sorğu xarakteri daşıyıb. Əlillik və reabilitasiya məsələləri ilə bağlı daxil olan müraciətlərin isə yalnız 20,9 faizi əlillik təyinatı ilə əlaqədar olub”.

Ayrı-ayrı vətəndaşların müraciətlərində müharibə əlilləri və şəhid ailələri üçün respublikanın bölgələrində yeni fərdi evlərin inşasına, həmçinin əlilliyi olan şəxslərin bərpa-müalicəsi sahəsində görülən işlərə görə dövlətimizin başçısına minnətdarlıq ifadə edilib. Qəbul zamanı nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər müvafiq qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm