Qırmızı.az
ASAN xidmətin genişlənməsi üçün yeni SİYAHI
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi
yanında Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın
toplantısı keçirilib. Toplantıda İctimai - sosial əhəmiyyətli və
kütləvi xidmətlərin SİYAHISI” müzakirə edilib.
Publika.Az xəbər verir ki, adı çəkilən siyahı elektron
xidmətlərin təşviqi üzrə İctimai Şuranın və Multimedia Mərkəzinin
birgə əməkdaşlığı ilə hazırlanıb.
Siyahıdakı xidmətlər ciddi araşdırmalar, sorğular və ekspert
rəyləri, statistik məlumatların təhlili əsasında formalaşıb.
Xidmətlər hər bir Mərkəzi icra orqanı üzrə Siyahıya daxil
edilərkən, sosial yönümlü olması, ictimai əhəmiyyət kəsb etməsi və
il ərzində daha çox ehtiyac olması prinsipləri əsas götürülüb.
Hazırda adı çəkilən siyahıya 120 xidmət daxil edilib. Bu
xidmətlərdən yalnız 22 xidmət aktivdir, onlardan yalnız 18-i
Portala daxil edilib. Siyahıdakı 83 sayda vacib hesab olunan
xidmətlər isə yeni xidmətlərdir və ölkədə indiyədək hökumət
tərəfindən təsdiq olunan 428 adda xidmətdən ibarət olan siyahıya
daxil edilməyib.
Siyahının hazırlanmasında məqsəd ən çox istifadə olunan, sosial
əhəmiyyət kəsb edən xidmətlərin vətəndaşlar tərəfindən daha rahat,
effektiv və şəffaf formada əldə edilməsinə köməklik göstərmək,
vətəndaşların elektron xidmətlərdən istifadəsini sürətləndirmək,
maliyyə vəsaitlərindən daha səmərəli və effektiv istifadəyə diqqət
yönəltmək və korrupsiyaya şərait yaradan səbəbləri aradan
qaldırmaqdan ibarətdir.
Toplantıda İctimai Şura üzvləri siyahıdakı xidmətlərin ilk
növbədə elektron formaya keçirilməsini məqsədəuyğun hesab ediblər.
Bu məqsədlə adı çəkilən Siyahıdakı xidmətlərin hökumət tərəfindən
təsdiq olunan xidmətlər siyahısına daxil edilməsinin və prioritet
elan olunmasının vacibliyi qeyd edilib.
Həmçinin Siyahıdakı xidmətlərin hər bir dövlət qurumunun Elektron
xidmətlər bölməsində ayrıca qeyd olunmasının da faydalı olacağı
bildirilib.
İctimai Şuranın toplantısında siyahının təkmilləşdirilməsi,
yuxarıdakı prinsiplərə uyğun olan xidmətlərin üzə çıxarılması
istiqamətində addımların davam etdirilməsi məqsədəuyğun hesab
edilib.
“İctimai - sosial əhəmiyyətli və kütləvi xidmətlərin SİYAHISI”
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə
təqdim edilib.
Siyahının tam mətni : http://informasiya.org/?p=2292
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR