• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Plastik kartların verilməsində yenilik olacaq

Plastik kartların verilməsində yenilik olacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı sosial yardımın bankomatlar vasitəsilə alınması üçün verilmiş bütün plastik ödəniş kartlarının yeniləri ilə əvəz olunması nəzərdə tutulur.

Bu barədə Publika.Az-a ƏƏSMN-nin mətbuat xidmətindən məlumat verilib.

Bu tədbir ünvanlı dövlət sosial yardımlarının təyinatı və ödənişi sistemində neqativ halların aradan qaldırılması və şəffaflığın təminatı istiqamətində aparılan islahat tədbirlərinin davamı olaraq həyata keçiriləcək. Yeni plastik kartların sifariş olunması üçün nazirlik yaxın vaxtlarda satınalmalar haqqında qanunvericiliyin tələblərinə uyğun şəkildə bank müəssisələri arasında müvafiq qaydada açıq tender keçirəcək.

Tenderin şərtlərinə uyğun olaraq hazırlanmış yeni plastik ödəniş kartları ünvanlı yardım təyinatı aparılmış vətəndaşlara bank müəssisələri tərəfindən şəxsən təqdim ediləcək. Bu tədbir əvvəllər mövcud olmuş çatışmazlıqların aradan qalxmasına, təyin olunmuş yardımı almaq üçün verilən plastik kartların məhz aztəminatlı ailələrin özlərində olmasına gətirib çıxaracaq.

Cari ilin 1 fevral tarixinə respublikada 135 min ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir. Ünvanlı sosial yardım alan ailələrin siyahısı Nazirliyin www.mlspp.gov.az adlı rəsmi internet saytının ön səhifəsində yerləşdirilib.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR