Professor İlham Rəhimov xüsusi mükafata layiq görülüb - FOTO
Bizi izləyin

Qırmızı.az

Professor İlham Rəhimov xüsusi mükafata layiq görülüb - FOTO

Professor İlham Rəhimov xüsusi mükafata layiq görülüb

9 mart 2014-cü ildə Qara Dəniz-Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq üzrə Beynəlxalq Fondunun (QDXDƏTF) Baş Məclisinin və Direktorlar Şurasının Fondun 5 illik yubileyi münasibətilə İstanbul şəhərində xüsusi iclası keçirilib.

BMT, ATƏT və İslam Əməkdaşlıq Konfransının təmsilçilərinin, tanınmış dövlət və ictimai xadimlərin, o cümlədən bəzi keçmiş prezidentlərin, İstanbul şəhərinin rəhbərliyinin iştirak etdiyi yubiley yığıncağında Fondun 2009-cu ildən fəxri üzvü olan hüquq elmləri doktoru, professor İlham Rəhimova “Qara Dəniz-Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq üzrə Beynəlxalq Fondunun fəaliyyətinin inkişafına verdiyi xüsusi töhvəyə görə” mükafatı təqdim edilib. Tədbirin gedişində Fondun bir neçə nümayəndəsinə də müxtəlif nominasiyalar üzrə səmərəli fəaliyyətlərinə görə mükafatla verilib.

Qara Dəniz-Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq üzrə Beynəlxalq Fondu Azərbaycanın, Gürcüstanın, Qazaxstanın, Qırğızıstanın, Moldovanın, Rumıniyanın, Türkiyə və Ukraynanın görkəmli elm və içtimai xadimlərinin, tanınmış ziyalılarının, diplomatlarının, nüfuzlu qeyri-hökümət təşkilatlarının təşəbbüsü ilə 4 mart 2009-cu ildə yaradılan beynəlxalq qeyri-hökumət, qeyri-kommersiya təşkilatıdır. Sonralar, 2011-2014-cü illərdə daha 22 ölkənin - Rusiya Federasiyası, Çin, Bolqarıstan, Şri-Lanka, Serbiya, Çernoqoriya, Bosniya və Qerseqovina, Belarus, Xorvatiya, İran, Albaniya, İsveçrə, Cənubi Afrika Respublikası, San-Tome, Prinsipi və başqa ölkələrin nümayəndələri də sözügedən fonda qoşulublar.

Fond orada təmsil olunmuş ölkələrin vətəndaş cəmiyyətlərinin təşəbbüsüdür. Fondun qarşısında duran məqəsəd həmin ölkələrin arasında dialoqun, əməkdaşlıq və həmrəyliyin daha da inkişafına yönəldilmiş layihələrin həyata keçirilməsidir. Layihələr fondun əhatə etdiyi ölkələrdə demokratik proseslərin, vətəndaş cəmiyyətindəki həmrəyliyin, iqtisadi inkişafın, ekologiya, elm və təhsil, innovasiya texnologiyası, mədəni yüksəliş, tolerantlıq və sivilizasiyalar arası dialoqun daha da genişləndirilməsinə yönəldilmişdir.

QDXDƏTF 1 avqust 2013-cü ildə BMT yanındakı İqtisadi və Sosial Şuranın qərarı ilə xüsusi məşvərətçi status alıb. Məşvərətçi statusu, Fonda BMT-nin İqtisadi və Sosial Şurasının fəaliyyətində, onun köməkçi orqanlarının, habelə BMT katibliyinin fəaliyyətində daha səmərəli iştirak etmək imkanı verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm