Komitə özünü yandıran məcburi köçkünlə bağlı məlumat yaydı
Bizi izləyin

Qırmızı.az

Komitə özünü yandıran məcburi köçkünlə bağlı məlumat yaydı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ağdam rayonundan olan məcburi köçkün Sahib Nəsirovun özünü yandırması ilə bağlı məlumat yayıb.

Komitədən Publika.az-a verilən məlumatda bildirilib ki, bu günlərdə Ağdam rayonundan olan məcburi köçkün Nəsirov Sahib İsmayıl oğlu içkili vəziyyətdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sabunçu rayonu üzrə sektoruna qələrək ona mənzil verilməsini tələb edib. Lakin ona verilən heç bir izahatı dinləməyərək özünə yüngül yanıq xəsarətləri yetirib.

Verilən məlumata görə, Sahib Nəsirov 4 nəfər ailə üzvü ilə birlikdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natəvan küçəsi-29 ünvanında özünəməxsus şəxsi evdə yaşayıb. 2015-ci ilin yanvar ayında həmin evi sataraq qonşuluqda kirayədə yaşayıb.

Sahib Nəsirov mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etməyib. Onun bu cür məsuliyyətsiz hərəkəti isə dövlət tərəfindən məcburi köçkünlərə göstərilər diqqət və qayğıya kölgə salmaqdan başqa bir şey deyil.

Ölkənin kütləvi informasiya vasitələrində, müxtəlif televiziya kanallarında, "Dövlətqaçqınkom"un rəhbərliyinin qəbullarında məcburi köçkünlərə dəfələrlə məlumat verilməsinə baxmayaraq, çox təəssüflər olsun ki, bəziləri bu deyilənlərdən, xəbərdarlıqlardan nəticə çıxarmaq əvəzinə, mənzil əldə etmək üçün müxtəlif qeyri-qanunu yollara əl atırlar.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm