• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Dəhşətli istilər neçə gün davam edəcək?

Dəhşətli istilər neçə gün davam edəcək?

Hazırda ölkə ərazisində müşahidə olunan günəşli, yağmursuz və isti hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinəm görə, havanın temperaturu Bakı və Abşeron yarımadasında gecə 22-26, gündüz 33-38 dərəcə isti olacaq, bəzi yerlərində 40 dərəcəyədək yüksələcək.

“Bölgələrdə də yağmursuz hava şəraiti bir neçə gün davam edəcək. Mərkəzi Aran rayonlarında və Naxçıvan Muxtar Respublikası ərazisində 35-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə isti müşahidə ediləcək. Dağlıq ərazilərdə isə temperaturun 28-33 dərəcə isti təşkil edəcəyi proqnozlaşdırılır”.

G.Məmmədova bildirib ki, yaxın 2-3 gün ərzində zəif külək gündüz saatlarında havada durğunluğa səbəb olur. Bu da meteohəssas insanlar üçün əlverişsiz hava hesab edilir.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR