Qırmızı.az
Nazirlik səyahət edən Azərbaycan vətəndaşlarına müraciət etdi
Mədəniyyət və Turizm Nazirliyi xarici ölkələrə turist səfərlərinə getmək istəyən vətəndaşlara müraciət edib.
Publika.az-ın məlumatına görə, nazirliyin saytında yerləşdrilimiş müraciətdə bildirilir:
“Yay mövsümü ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunmaqdadır. Bununla əlaqədar, bir daha əhalinin nəzərinə çatdırırıq ki, turizm şirkətlərinin vasitəsi ilə səyahətlərini təşkil edərkən həmin şirkətə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə verilmiş və qüvvədə olan lisenziyanın (xüsusi razılıq) olub-olmamasını, turist vauçerini "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.
Bununla yanaşı, yay turizm mövsümündə Azərbaycanın regionlarında istirahət edən turistlərdən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxanana fəaliyyətinə lisenziya (xüsusi razılıq) almış obyektlərin xidmətlərindən istifadə etmələri tövsiyə olunur.
Turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlərlə üzləşdiyiniz halda Mədəniyyət və Turizm Nazirliyinin (012) 492 88 50 telefon nömrəsinə və ya [email protected] elektron ünvanına rəsmi müraciət edə bilərsiniz”.
Anar Tağıyev
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Region18 Aprel 21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO
-
Elm və təhsil18 Aprel 21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik18 Aprel 21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin118 Aprel 21:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."