ASAN-ın “Çağrı mərkəzi”-ndə fasilə
Bizi izləyin

Qırmızı.az

ASAN-ın “Çağrı mərkəzi”-ndə fasilə

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Çağrı” mərkəzi tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar olaraq bu gün saat 17:00-dan sabah saat 15:00-dək “108” telefon nömrəsinə daxil olan zənglərin qəbulunda müvəqqəti fasilələr yaranacaq.

Publika.az ASAN Xidmətin saytına istinadən xəbər verir ki, təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra 108 “Çağrı mərkəzi” tam fəaliyyəti ilə vətəndaşlara xidmət göstərəcək.

Qeyd edək ki, vətəndaşlar qeyd olunan müddətdə həm “ASAN xidmət”in rəsmi Facebook səhifəsihttps://www.facebook.com/asanxidmat, həm də rəsmi internet saytı http://asan.gov.az/ üzərindən müraciətlərini ünvanlaya bilərlər.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm